Qarabağa daha 8 təcili tibbi yardım maşını GÖNDƏRİLDİ 

Qarabağa daha 8 təcili tibbi yardım maşını GÖNDƏRİLDİ 

Hazırda oxunan: Qarabağa daha 8 təcili tibbi yardım maşını GÖNDƏRİLDİ 

40679

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) maddi-texniki bazasının yenilənməsi məqsədilə tibbi yardım nəqliyyat vasitələrinin alınmasına dair müsabiqə keçirib. 

Bizim.Media xəbər verir ki, qalib şirkət “Sun Cars” MMC tərəfindən ANAMA-ya 10 ədəd tibbi yardım maşınlarının təhvil veriləcəyi nəzərdə tutulub. 

Təcili tibbi yardım maşınları Qarabağda icra edilən minatəmizləmə əməliyyatlarına cəlb olunan ANAMA əməkdaşlarına xidmət edəcək.

8 ədəd ambulans hazırda Agentliyə təhvil verilib, növbəti 2 ədəd oktyabrın 20-dək işğaldan azad edilən ərazilərdə sahə əməliyyatlarında istifadə ediləcək. 

Ambulansların salonlarının təchizat səviyyəsi xəsarət alanlara bütün lazımi ilkin və təcili tibbi yardımın göstərilməsinə imkan verir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO