Bərdədən redaksiyaya zəng gəldi... - Üşüyürük
Hazırda oxunan: Bərdədən redaksiyaya zəng gəldi... - Üşüyürük
40374
Bərdə rayonu Zümürxan kənd sakini Səfərov Qələndər Soltan oğlu redaksiyamıza zəng vuraraq yaşadıqları kəndin qaz problemlərindən danışdı: ” Artıq yaşamaq çox acınacaqlıdır. İstilik sistemimiz yoxdur. Neçə illərdi qaz çəkiləcək deyirlər, amma çəkən yoxdur. Bununla bağlı bütün orqanlara şikayət etmişik, amma bir nəticəsi olmayıb. “Respublika” və “Azərbaycan” qəzetlərinə dəfələrlə yazılar göndərmişik. Nə dərc edən var, nə də şikayətimizə baxan var. Mənim özüm iki dəfə prezidentə məktub yazmışam. Hələ də cavab gəlməyib. Kənddə elə bir hal baş alıb gedir ki, kimin imkanı varsa şəxsi qaz çəkdirir. Kasıblara isə yalnız o qaza həsrətlə baxmaq qalır. Qışın soyuq günlərində küçələrdən topladığımız ağac qırıntılarını, kağızları yandırıb isinirik. Sanki ibtidai icma quruluşunda yaşayırıq. Uşaqlarımız soyuqdan xəstəlik tapırlar. Düşünəndəki müstəqil ölkədə yaşayırıq, insan xəcalət çəkir. Ümidimiz yalnız “Yeni Müsavat” qəzetinə qalıb. Bu məlumatı verməyinizi xahiş edirəm”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.