Meşəbəyi haqda cinayət işi başlandı

Meşəbəyi haqda cinayət işi başlandı

Hazırda oxunan: Meşəbəyi haqda cinayət işi başlandı

40338

Zaqatala Regional Meşə Təsərrüfatı Mərkəzinin Əliabad meşəbəyliyinin ərazisində ağacların qanunsuz kəsilməsi aşkarlanıb. 

Bizim.Media xəbər verir ki, araşdırmalar nəticəsində meşəbəyi Fazil Cumayevin vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi müəyyən olunub.

Belə ki, 2021-ci ilin mayın əvvəllərində xüsusi mühafizə olunan Əliabad meşəbəyliyinin 7 saylı dolayının 16-cı kvartalında yerləşən 11 ədəd müxtəlif növ ağacın meşə gözətçisinin xəbəri olmadan kəsilməsi aşkar edilib.

Nəticədə  təbiətə 8 min 792 manat məbləğində maddi ziyan dəyib. 

Faktla bağlı Fazil Cumayev barəsində Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 259.2.4-cü (külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) maddələri ilə cinayət işi başlanılıb. 

İş üzrə zəruri istintaq prosesi davam etdirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO