Azərbaycanda yenidən təşkilatlanan və sıralarında gənc ziyalıları, ictimai-siyasi fəal gəncləri birləşdirən “Yeni Nəfəs” Hərəkatının bayrağı qəbul olunub. Bu barədə məlum təşkilatdan Moderator.az-a daxil olan məlumata görə, bayraq türkçülüklə bağlı müxtəlif elementləri özündə birləşdirir: “Bayraq iyirmi bir nəfərlik təşkilati komitə tərəfindən müzakirə olunaraq təsdiqlənib. Bayraqda əksini tapan bütün elementlər türkçülük, azərbaycançılıq və qədim türk törəsi ilə bağlı digər əlamətləri özündə birləşdirib”.
Seymur






























































































