“24 günlük Vətən Müharibəsi” çıxışı edən direktor AYDINLIQ GƏTİRDİ - FOTO

Hazırda oxunan: “24 günlük Vətən Müharibəsi” çıxışı edən direktor AYDINLIQ GƏTİRDİ - FOTO

39187

Bakı şəhəri 217 nömrəli tam orta məktəbin direktoru Bənövşə Cəfərova Vətən müharibəsinin tarixini təhrif etməsinə aydınlıq gətirib. 

Bizim.Media xəbər verir ki, Sentyabrın 22-si I-IV siniflər üzrə yeni dərs ilinin ilk günü məktəbdə valideynlərin çoxluğu ilə əlaqədar pandemiya qaydalarından irəli gələn tələblərə riayət olunmasında müəyyən çətinlik yarandı. 

Yaranmış gərgin vəziyyət və qan təzyiqimin yüksək olması səbəbindən çıxışımda “44 günlük Vətən Müharibəsini” “24 günlük Vətən Müharibəsi” kimi ifadə etmişəm. 

Bir pedaqoq və məktəb rəhbəri kimi bütün bunların anlayışla qarşılanacağına inanıram. 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, məsələ diqqət mərkəzində saxlanılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO