Avtobusun qapısını əlində aparan sürücü ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

Hazırda oxunan: Avtobusun qapısını əlində aparan sürücü ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

39147

Xəbər verildiyi kimi Bakıda hərəkətdə olan sərnişin avtobusu ilə bağlı maraqlı videogörüntülər yayılıb. Nəqliyyat vasitəsinin görüntüləri paytaxt küçələrində hərəkətdə olan zaman lentə alınıb.

Sürücü öz tərəfindəki avtobusun qırılmış qapısını sol əli ilə saxlayaraq nəqliyyat vasitəsinin hərəkətini davam etdirib.

Görüntülər 106 nömrəli marşrut xəttinə aiddir.

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev Bizim.Media-ya bu barədə açqlama verib. Qurum rəsmisinin sözlərinə görə bu gün 10:40 radələrində sözügedən avtobusla bağlı qəza yaşanıb: 
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda avtobus sürücüsünün bu görüntüləri GÜNDƏM OLDU - VİDEO 


“Yeni Suraxanı qəsəbəsi 14 İyul küçəsində “BUS-Trans” şirkətinin müvəqqəti istismarında olan 106 nömrəli marşrut üzrə 99 RU 659 dövlət qeydiyyat nişanlı avtobusun iştirakı ilə yol nəqliyyat hadisəsi qeydə alınıb. 

Daşıyıcnın verdiyi məlumata görə, yük avtomobili işıqforda dönmə əməliyyatını həyata keçirərkən nəqliyyat vasitəsinin arxa hissəsi avtobusun sürücü yerləşən hissəsinə dəyib.

Hadisə vaxtı avtobusda sərnişin olmayıb.

Alçina Amilqızı, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO