Vilyam Hacıyevin vəziyyəti pisləşdi, məhkəmə təxirə düşdü

Hazırda oxunan: Vilyam Hacıyevin vəziyyəti pisləşdi, məhkəmə təxirə düşdü

39139

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə iclası təxirə salınıb.

Bizim.Media xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə elan edilib ki, Bakı İstintaq Təcridxanasındn daxil olan tibbi arayışa əsasən, təqsirləndirilən şəxsdə ağciyərlərin pnevmoniyası aşkar edilib.

Hakimin özlərinə görə, təqsirləndirilən şəxsin hərarəti 37.4 dərəcə olub.
 

MÖVZU İLƏ BAĞLI:

İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin məhkəməsi başladı


Məhkəmənin növbəti iclası oktyabrın 8-nə təyin edilib.

Qeyd edək ki, İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin icra hakimiyyətinin sərəncamında olan vəsaitlərin sosial yardım adı altında bir hissəsini ələ keçirilməsini, eləcə də ölkə ərazisində xüsusi karantin rejiminin tələblərinin pozulması ilə sərbəst hərəkət etmək üçün bəzi vətəndaşlara saxta arayışların verilməsini tapşırmasına, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsənilən pul vəsaitlərini sahibliyində olan yaşayış evində qəbul etdiyinə görə saxlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO