"Sosial Xidmətlər Agentliyi” Publik Hüquqi Şəxsi Agentliyin tabeliyində olan Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin əsaslı təmiri xidmətlərinin satın alınması üçün tender elan edib.
Bizim.Media dövlətsatınalmalarının vahid portalına istinadən xəbər verir ki, tender elanında təmir sahəsində olan müxtəlif xidmətlərin satın alındığı qeyd olunub.
Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.
Tender təklifinin təqdim edilməsinin son tarixi və vaxtı 8 oktyabr saat 12-00-ə qədərdir.
Təmir zamanı evin sakinlərinin taleyi ilə bağlı Bizim.Media-nın sualına cavab verən agentliyin mətbuat katibi Murad Həşimov bildirdi ki, Ahıllar Evinin fəaliyyəti dayandırılmayacaq.
Müəssisənin sadəcə 2-ci korpusunun təmiri nəzərdə tutulur ki, bu da sakinlərin gündəlik həyatına təsir etməyəcək.
Xatirə, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:45 / 28.09.2021
“Ahıllar Evi” yenidən qurulur - Tender elan olundu
Hazırda oxunan: “Ahıllar Evi” yenidən qurulur - Tender elan olundu
Hazırda oxunan: “Ahıllar Evi” yenidən qurulur - Tender elan olundu
0:00
0:00
39136
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.