“Prezident 44 günlük müharibəni birbaşa özü idarə edib” - GİZLİ MƏQAMLAR

Hazırda oxunan: “Prezident 44 günlük müharibəni birbaşa özü idarə edib” - GİZLİ MƏQAMLAR

39134

“Cənab Prezident necə bir sərkərdə, diplomat və xalq rəhbəri, xalqla həmrəy olduğunu 44 günlük müharibədə bir daha göstərdi.

Hərbi əməliyyatların gedişatı ilə bağlı cənab Prezidentin son açıqlamalarında qeyd olundu ki, o, hər gün əməliyyatlara rəhbərlik etməklə bərabər, həm də hər gün müşavirə keçirib və müxtəlif hərbi əməliyyatları müzakirə edib, müəyyən tapşırıqlar verib.

Eyni zamanda cəbhə bölgəsilə daima əlaqədə olub.

Ordakı sərkərdələr, yəni, bizim generallarla, əməliyyat rəhbərləri ilə əlaqə saxlayıb, hər şeyi bir başa özü idarə edib” deyən eks deputat Çingiz Qənizadə onu da bildirdi ki, Paşinyan isə müharibədən dərhal sonra parlamentə qaçır və öz xalqına yalan vədlər verir.
 

MÖVZU İLƏ BAĞLI:

Prezidentdən Türkiyə-Ermənistan münasibətləri ilə bağlı AÇIQLAMA – “Sözün düzü…”


Bizim.Media-ya özəl açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə Nikolun “ordu rəhbəri məni aldadıb”, “həqiqəti mənə deməyiblər” kimi itki məsuliyyətindən boyun qaçırtmalarına da toxundu:
 

“Necə ola bilər ki, ordu rəhbəri günahkar olsun, ali baş komnandan günahkar olmasın? Ölkənin rəhbəri günahkar olmasın? Yəni, cənab Prezident özünün qətiyyətli mövqeyi ilə xalqına, el-obasına sevgisi ilə Azərbaycanın milli və dövlət maraqlarına xidmət edən bir sərkərdə olduğunu nümayiş etdirməklə həm də bu qələbənin əldə olunmasında böyük əzm, tələbkarlıq və şücaət göstərdi. 


Ordu Ali Baş Komandanla birləşirsə, xalq onunla birləşirsə və bu birliyin nəticəsində torpaqları işğaldan azad etmək üçün əməliyyatlara bilavasitə rəhbərlik edən sərkərdə bu döyüşdən qələbə ilə çıxırsa, təbii ki, xalqın sevimlisinə və dünya dövlətləri xalqları tərəfindən isə hər şeyə qadir bir sərkərdə tituluna nail ola bilir. Cənab Prezident bax bu ada layiqdir”.

Bizim.Media 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO