İran Azərbaycanla quru sərhədləri bu tarixdə AÇACAQ 

Hazırda oxunan: İran Azərbaycanla quru sərhədləri bu tarixdə AÇACAQ 

38981

İran oktyabrın 23-dən turistlər üçün sərhədlərini açacaq.

Bizim.Media-nın məlumatına görə, bu barədə İranın mədəni irs, əl işləri və turizm naziri İzzətullah Zərğami bildirib. 

Onun sözlərinə görə, İran oktyabr ayının 23-dən İraq, Əfqanıstan, Türkiyə, Azərbaycan, Naxçıvan Muxtar Respublikası, Ermənistan və Pakistanla quru sərhədlərini açacaq.  

Quru sərhədlərindən sərnişin avtobusları və şəxsi avtomobillərlə də gediş-gəlişə icazə veriləcək. 

Nazir qeyd edib ki, sərhədlərdən giriş-çıxış üçün hava nəqliyyatında olduğu kimi turistlər peyvənd pasportu və PCR analizi təqdim etməli, eləcə də İranın Səhiyyə Nazirliyinin sağlamlıq protokollarına əməl etməlidirlər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO