Hərbçilərimiz Şuşaya girən rus maşınını DAYANDIRDI

Hazırda oxunan: Hərbçilərimiz Şuşaya girən rus maşınını DAYANDIRDI

0:00
0:00
38045

Azərbaycan hərbçiləri Şuşaya girən rus "UAZ" maşınını dayandırıb.

Bizim.Media xəbər verir ki, Azərbaycan tərəfinin maşında yoxlama apararması Rusiya əsgərlərini şoka salıb.

Bildirilib ki, onların artıq bir ilə yaxındır Qarabağda olmasına baxmayaraq, Azərbaycan əsgərləri onları ilk dəfə yoxlayır.

Sözügedən proses KİV-in Ermənistan seqmentində ciddi etiraz və narahatlığa səbəb olub.

Onlar bildirib ki, sülhməramlıların eks-komandanı Rüstəm Muradovun gedişindən sonra yeni təyin olunan general-mayor Mixail Kosobokovun kontingentə rəhbərlik etməsi Azərbaycanın "xeyrinədir".

Lakin erməni kütləsi bilməlidir ki, onlardan fərqli olaraq istənilən rus silahlısının öz torpağında olmasını istəmir.

Azərbaycanın xeyrinə olan yalnız sülhməramlılarsız və erməni diversantlarından təmizlənmiş Qarabağdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO