Yas yerində söyüşə görə qətl törədən şəxsin MƏHKƏMƏSİ BAŞLADI

Hazırda oxunan: Yas yerində söyüşə görə qətl törədən şəxsin MƏHKƏMƏSİ BAŞLADI

38040

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Bəhruz Mehrəliyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Bizim.Media xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası sentyabrın 29-na təyin edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Bakı sakinini öldürən 16 yaşlı oğlan tutuldu


Qeyd edək ki, hadisə bu il iyulun 12-də Bakının Binəqədi rayonu ərazisində baş verib.

Belə ki, 16 yaşlı B.Mehrəliyev ilə tanışı, 31 yaşlı Elnar Qədimov arasında mübahisə düşüb. Daha sonra mübahisə əlbəyaxa davaya çevrilib və yeniyetmə üzərində gəzdirdiyi bıçaqla E.Qədimova xəsarət yetirib.

Hadisə nəticəsində E.Qədimov yerindəcə ölüb.

Məlumata görə, mübahisəyə səbəb söyüş olub. Hadisə B.Mehrəliyevin əmisinin vəfatının ildönümü münasibətilə keçirilən yas mərasimində qeydə alınıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə Binəqədi Rayon Prokurorluğunda cinayət işi başlanılıb.

B.Mehrəliyev şübhəli şəxs qismində istintaqa cəlb edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO