“Bakı Metropoliteni”nin 15 əməkdaşı koronavirusdan VƏFAT EDİB

Hazırda oxunan: “Bakı Metropoliteni”nin 15 əməkdaşı koronavirusdan VƏFAT EDİB

38034

Bütün dünya, eləcə də Azərbaycan il yarımdan çoxdur ki, pandemiya ilə mübarizə aparır.

Bizim.Media xəbər verir ki, Pandemiya şəraitinə baxmayaraq, ölkədə fəaliyyət göstərən dövlət qurumları vətəndaşlara xidmət göstərməyə davam edir. Sutka ərzində yoluxma sayından asılı olaraq, əksər qurumlar məhdud sayda əməkdaşla fəaliyyətini davam etdirir.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda yeni metro stansiyası tikilir - BU ƏRAZİDƏ - FOTO 


Təbii ki, dövlət qurumlarının əməkdaşları arasında da koronavirusa yoluxan və vəfat edənlər olub. Belə ki, təkcə Bakı Metropoliteninin 15 əməkdaşı koronavirusun qurbanı olub.

İctimaiyyətlə əlaqələr şöbəsinin verdiyi məlumata görə, hazırda qurumun 4 817 nəfər işçisi vaksinasiya olunub. Onlardan 87 nəfər vaksinin birinci dozasını, 4 730 nəfər isə ikinci dozanı vurdurub. Koronavirusa yoluxan 15 nəfər əməkdaş isə vəfat edib. (oxu az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO