Pensiya yaşına çatmadan ölən şəxsin hesabındakı pul kimə verilir? - RƏSMİ

Hazırda oxunan: Pensiya yaşına çatmadan ölən şəxsin hesabındakı pul kimə verilir? - RƏSMİ

38010

Azərbaycanda pensiya yaşına çatmayan vətəndaşların vəfatından sonra sığorta hesabına yığılan pul ailə üzvlərinə pensiya təyin edilərək ödənilir.

Bizim.Media xəbər verir ki, bu barədə anews.az-a Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən bildirilib.  

"Əmək pensiyaları haqqında” Qanuna əsasən sigortaolunan vəfat etdiyi halda isə onun ödəmiş olduğu məcburi dövlət sosial sığorta haqlarının müqabilində ailə üzvlərinə pensiya təyin edilərək ödənilir. 18 yaşınadək övladları əyani oxuyarlarsa 23 yaşınadək bu pensiyanı alırlar.

18 yaşı olmazdan əvvəl sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş övladlarının əlilliyi 18 yaşdan sonra da davam edərsə, onlar da bu pensiyanı almaqda davam edirlər. 

Bundan əlavə sığortaolunanın ödəmiş olduğu məcburi dövlət sosial sığorta haqlarının əsasında onun digər ailə üzvləri, yəni pensiya yaşına çatmış arvadı (əri), anası, atası , həmçinin I və ya II dərəcə əlil olmuş arvadı (əri), anası, atası da istifadə etməklə əmək pensiyası ala bilirlər. Yəni şəxsin topladığı pensiya kapitalı o, vəfat etdikdə də ailə üzvlərinin sosial təminatına yönəldilir. 

Hazırda Azərbaycanda ailə başçısını itirməyə görə pensiya alanların sayı 142 min nəfərdir. 

Pensiyalarda hər ilin əvvəlində indeksasiya nəticəsində edilən artımlar ailə başçısını itirməyə görə ödənilən pensiyalara da şamil olunur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO