4 medal alan şəhidin doğum günü belə anıldı - FOTO 

Hazırda oxunan: 4 medal alan şəhidin doğum günü belə anıldı - FOTO 

38006

Bu gün Vətən Müharibəsi şəhidi, Azərbaycan Ordusunun giziri Elməddin Hümbət oğlu Cəfərovun günüdür. 

Bizim.Media xəbər verir ki, şəhid gizirin 34 yaşı doğulduğu Xızı rayonunun Şurabad qəsəbəsinin məzarlığında ailə üzvləri, doğmaları, yerli sakinlər, hərbçi dostları və Xızı İH-nin nümayəndələrinin iştirakı ilə keçirilib. 

Əvvəlcə şəhidin məzarı ziyarət olunub, ardınca anım mərasimi şəhid gizir Elməddin Cəfərovun adına ailəsinin inşa etdirdiyi şəhid bulağın yanında davam etdirilib.  

Xatirə bulağının açılışında iştirak edən Xızı İH başçısı Xəzər Aslanov Elməddin Cəfərovun şərəfli döyüş yolundan ətraflı danışıb.  

Bildirilib ki, əslən Dərələyəz mahalından olan Cəfərovlar ailəsinin nümayəndəsi  olan Elməddin 2007-ci ildə hərbi xidmətini başa vurduqdan sonra könüllü olaraq ordu sıralarında xidmətini davam etdirib. 2016-cı ilin Aprel döyüşlərində də fəal  iştirak edən Elməddin Cəfədov Vətən Müharibəsi başlayanda həmlə taboru kimi cəbhəyə yollanıb.

O 8 oktyabr 2020-ci ildə Füzuli rayonunun müdafiəsi döyüşlərində qəhrəmancasına şəhid olub, meyidi döyüş zonasından bir qədər gec çıxarıldığından 30 oktyabrda doğulduğu Şurabad qəsəbə məzarlığında dəfn edilib. 
 

Ölümündən sonra Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medallarına layiq görülüb.  


Şəhid gizir Elməddin Cəfərov iki övlad atası idi. 

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO