Azərbaycanda bu qanuna DƏYİŞİKLİK EDİLDİ 

Hazırda oxunan: Azərbaycanda bu qanuna DƏYİŞİKLİK EDİLDİ 

37954

“Dövlət Rüsumu haqqında” qanunda edilmiş dəyişikliyə əsasən, özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək üçün şəhadətnamənin verilməsi dövlət rüsumu tutulan hallara aid edilib. 

Bizim.Media xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb. 

Bununla bağlı Xidmətin müvafiq əmri ilə təsdiq edilmiş “Dövlət rüsumunun tutulması haqqında hesabat”ın forması və onun tərtib edilməsi Qaydası yeni redaksiyada təsdiq edilib. 


Hesabatın yeni forması və onun tərtib edilməsi qaydası ilə Dövlət Vergi Xidmətinin rəsmi saytının (www.taxes.gov.az) “Bəyannamə” bölməsində tanış olmaq mümkündür. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO