Sabah BİLİK GÜNÜ keçirilməyəcək – RƏSMİ  

Hazırda oxunan: Sabah BİLİK GÜNÜ keçirilməyəcək – RƏSMİ  

37944

Sabah Azərbaycanda fəaliyyət göstərən orta məktəblərin ibtidai (I-IV) siniflərində ənənəvi formada yeni tədris ili başlayır. Əyani dərslər həftədə 5 dəfə olaraq həyata keçiriləcək. 

“Yeni zəfər ilində tədrisə başlayırıq. Bu da həmin günlərin xüsusi qaydada keçirilməsini tələb edir. İlk dərs Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunacaq. Təhsil naziri bununla bağlı əmr verib. Bundan əlavə “Zəfər tarixi” kursunun keçirilməsi və burada tarix müəllimlərinin tədrisi daha yaxşı keçməsi üçün onların öhdəsinə ciddi məsuliyyət düşür”. 

Nazirlik rəsmisi pandemiya səbəbindən Bilik günü ilə bağlı hər hansı tədbirin keçirilməyəcəyini qeyd edib:
 

MÖVZU İLƏ BAĞLI:

“Məktəblinin Dostu" layihəsi neçə şagirdi əhatə edəcək? - Nazir açıqladı - FOTO 


“Bilik günü sentyabrın 15-dir. Amma sabah tədris ilinin ilk günüdür. Pandemiya şəraiti əsas tutularaq birincilər üçün hər hansı tədbir nəzərdə tutulmur”.  

Xatırladaq ki, yuxarı sinif və məktəbdənkənar müəssisələrdə dərslər sentyabrın 29-dan həftədə beş dəfə olmaqla əyani formada tədris olaunacaq.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO