Oğlunun adına əxlaqsızlıq yuvası açan qadın həbs olundu – TƏFƏRRÜAT 

Hazırda oxunan: Oğlunun adına əxlaqsızlıq yuvası açan qadın həbs olundu – TƏFƏRRÜAT 

37938

Qubada qadınları fahişəliyə cəlb etməkdə, əxlaqsız yuva saxlamaqda təqsirləndirilən Zeynəb Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. 

Bizim.Media xəbər verir ki, cinayət işində zərərçəkmiş şəxs qismində Özbəkistan vətəndaşı Maftunahon Yusupova və Azərbaycan vətəndaşı Fəqanə Mehdiyeva (ad soyad şərtidir) tanınıb. 

İttihama görə, Zeynəb Məmmədova Qubada "Tamerlan” kafesinin sahibi olub. Həmin kafe restoran kimi fəaliyyət göstərib. Kafedə eyni zamanda masaj salonu da olub. Masaj salonunda isə müştərilərə həm də intim xidmətlər göstərilib. Özbəkistan vətəndaşı Maftunahon Yusupova da Z.Məmmədova tərəfindən zorla cinsi istismara məruz qoyulub. Özbəkistan vətəndaşının şikayəti əsasında polis əməkdaşları kafedə əməliyyat keçirib və Z.Məmmədovanı saxlayıb.

Həmin əməliyyat zamanı F.Mehdiyevanın da Z.Məmmədova tərəfindən fahişəliyə cəlb olunduğu məlum olub. 

Z.Məmmədovaya qarşı Cinayət Məcəlləsinin 144-1.1-ci ( insan alveri), 243-cü (fahişəliyə cəlb etmə), 244-cü (əxlaqsız yuvası saxlama) maddələri ilə ittiham verilib. 

Məhkəmədə verdiyi ifadədə özünü təqsirli bilməyən Z. Məmmədova bildirib ki, o əvvəllər Quba rayon Nəqliyyat Müəssisində işləyib. Özünün Səhmdar Cəmiyyəti olub. 2003-cü ildə bölgü olduğu üçün həmin dövrdə olan müdiriyyət tərəfindən Quba şəhəri, Heydər Əliyev prospekti 10 ünvanında yerləşən, hazırda "Tamerlan” kafesi adı altında işlətdiyi obyekt ona 99 illik müqavilə əsasında verilib. 
 

“Sonralar yeni müdiriyyət gəldi və həmin obyektin əlimdən alınması üçün müxtəlif cəhdlər etdi və məni şərləyərək həbs etdirdilər. Bu qurulmuş işdir. O nə Fərqanəni, nə də Maftunahonu cinsi istismara məruz qoyub”. 


Z.Məmmədova ifadəsində göstərib ki, 22 fevral 2019-cu ildə Özbəkistan vətəndaşı olan Maftunahon onun kafesində işləyən digər Özbəkistan vətəndaşı Gülçöhrə adlı qızın yanına gəlib: 

"Gülçöhrə dedi ki, Maftunahon kafedə 1 gün qalıb gedəcək. Mən o qızı heç zaman cinsi istismara məruz qoymamışam. Ayın 24-də gecə saatlarında Elmar adlı biri kafeyə gəldi. Maftunahonu mənim tərəfimdən kafedə saxlandığını bildirdi. Mən Elmara kafedən çıxıb getməsini bildirəndən sonra Quba rayon polis şöbəsinin əməkdaşları kafeyə gələrək guya mənim Maftunahonu orada girov kimi saxladığımı bildirdilər. Sonradan məni və işçiləri polis şöbəsinə apardılar”. 
 

Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə verən Maftunaho Yusupova  bildirib ki, "Tamerlan” adlanan kafedə Zeynəb tərəfindən istismar edilib. Zeynəb onun azadlığını məhdudlaşdırıb fahişəliyə cəlb etmək istəyib. 


Digər zərərçəkən Fərqanə Mehdiyeva ifadəsində "Tamerlan” kafesində əvvəl təmizlikçi kimi çalışdığını deyib: 

"2016-cı ildən orda işləyirəm. Həmin vaxt Zeynəb mənə dedi ki, həm kafedə işləyəcəm, həm də gecələr orda qalacam. Bunun müqabilində mənə 10 manat pul verəcək. İşim orda qabları yumaq, ortalığı təmizləmək idi. Lakin bir müddət sonra Zeynəb pulu kəsməyə başladı. Orada işçilərlə çox kobud münasibətdə olduğu üçün hamı ondan çəkinirdi. Mən pulun kəsildiyinə etiraz etdim. O isə mənə pulu müştərilərdən qazanmalı olduğumu dedi. Daha sonra mənə masaj salonunda iş verdi. Mən orda həm masaj edirdim, həm də istəyən şəxslərlə cinsi münasibətdə olurdum. Hətta hər gün mənə qalan 30-40 manat pulun də yarısını məndən alırdı”. 

Məhkəmənin hökmü ilə Z.Məmmədova 7 il azadlıqdan məhrum edilib. O məhkəmə zalında həbs edilib. (Lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO