Murovdağ tunelinin 500 metrlik hissəsinin tikintisi ilə ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: Murovdağ tunelinin 500 metrlik hissəsinin tikintisi ilə ilə bağlı AÇIQLAMA

0:00
0:00
37919

Bəzi xəbər saytlarında və sosial şəbəkə hesablarında Murovdağ tunelinin 500 metrlik hissəsinin tikintisinin yekunlaşdırılması ilə bağlı dəqiqləşdirilməmiş xəbər paylaşılıb.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Murovdağ tunelinin bir hissəsi açıldı – SINAQ SÜRÜŞÜ – VİDEO


"Tinelin inşasına yeni başlanılıb və qısa müddət ərzində bu tunelin 500 metrlik bir hissəsinin tikintisinin yekunlaşdırılması qeyri-mümkündür.

Düzdür, biz də agentlik olaraq istəyərdik ki, yazılan kimi qısa müddətdə bu cür miqyasda iş icra olunsun. Amma reallıqda bu mümkün deyil. Çünki tunel inşası heç də asan başa gəlmir.

Hazırda təyin olunmuş vaxtda tikintinin tamamlanması üçün qazma, partlatma və qırıcı üsullarla dəniz səviyyəsindən 1700 metr hündürlükdə Murovdağ tunelinin inşası istiqamətində genişmiqyaslı işlər icra olunur. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və xüsusi texnikalar səfərbər olunub.

Murovdağ tunelinin və ümumiyyətlə Qarabağ və Şərqi Zəngəzur ərazisində icra olunan yol infrastrukturu layihələri barədə mətamadi olaraq məlumatları agentliyimizin rəsmi internet səhifəsi və sosial şəbəkə hesablarından əldə edə bilərsiniz", - deyə o, qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO