Muxtar Babayev Sumqayıta gedəndə yolu bağlatdırır? – NAZİRLİKDƏN CAVAB - FOTO 

Hazırda oxunan: Muxtar Babayev Sumqayıta gedəndə yolu bağlatdırır? – NAZİRLİKDƏN CAVAB - FOTO 

37453

Ekologiya və Təbii Sərvətlər Nazirliyi nazir Muxtar Babayevin xidməti avtomobilinin Sumqayıt istiqamətindən keçən zaman yolların bağlanması barədə yayılan məlumatlara münasibət bildirib. 

Bizim.Media xəbər verir ki, nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova “Facebook”da etdiyi paylaşımda yayılan məlumatın həqiqəti əks etdirmədiyini deyib. 

"Halbuki elə dərc olunan məlumatın içərisində də Daxili Işlər Nazirliyinin sözçüsü təkzib verərək belə halların baş vermədiyini və iddiaların tamamilə yanlış olduğunu bildirib.

Təəccüblüdür ki, olmayan hadisəni xəbərə çevirib, sonra elə həmin yazıda da rəsmi təkzibi vermək, diqqət çəkmək üçün şou xarakterli başlıq qoymaq, belə cəfəng, həqiqətə söykənməyən informasiyanı tirajlamaq cəmiyyətə və mediaya görəsən nə qazandırır?  
 

Belə xəbər, belə jurnalistika olurmu? Məlumatın özündə nazirin adı olmadığı halda başlıqda necə bu adı hallandırmaq olar?


Bu məlumatlar tamamilə uydurmadır, kimlərinsə açıq-açığına qarayaxma kampaniyasıdır. Bu cür absurd fikirlərin cəmiyyətə təqdim olunması qeyri-ciddi yanaşma və problemi səhv istiqamətə yönəltməkdən başqa bir şey deyil", - nazirlik rəsmisi vurğulayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO