Türk Qızılay Cəmiyyəti Qarabağdakı uşaqlara məktəb ləvazimatları və geyim PAYLADI - FOTO

Hazırda oxunan: Türk Qızılay Cəmiyyəti Qarabağdakı uşaqlara məktəb ləvazimatları və geyim PAYLADI - FOTO

37421

Türk Qızılay Cəmiyyəti Azərbaycanın Qarabağ bölgəsindəki 9 məktəbdə ümumilikdə 2100 şagirdə məktəb ləvazimatları və geyim yardımı edib.

Bu barədə Bizim.Media-ya Türkiyənin Azərbaycandakı səfriliyindən bildirilib.

Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə birlikdə həyata keçirilən fəaliyyət çərçivəsində Füzuli, Ağdam və Tərtər rayonlarındakı məktəblərdə təhsil alan şagirdlərə məktəb ləvazimatları və geyim paylanılıb.
 

Türk Qızılay Cəmiyyətinin İdarə Heyətinin üzvü Ercan Tan mətbuata açıqlamasında Türkiyənin müxtəlif bölgələrindən edilən yardımları azərbaycanlı qardaşlarına çatdırdıqlarını söyləyib.


Sentyabrın 22-də Azərbaycanda məktəblərin açılacağını və uşaqların Türkiyədən göndərilən geyim və məktəb ləvazimatları ilə sevinclə məktəbə gedəcəklərini bildirən E.Tan qardaşlığın belə günlərdə bəlli olduğunu vurğulayıb və “Xoşbəxt günlərində onların yanında olmaq istəyirik. Yardım göndərən bütün bacı və qardaşlarımıza təşəkkür edirik”, - deyib.

O, məktəb ləvazimatlarının qələm, dəftər və rəngli karandaşlardan, geyimlərin isə ayaqqabı, çəkmə, şalvar, sviter, corab və digər paltarlardan ibarət olduğunu sözlərinə əlavə edib. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO