Azərbaycanda təhsil alan xaricilərin sayı AÇIQLANDI 

Hazırda oxunan: Azərbaycanda təhsil alan xaricilərin sayı AÇIQLANDI 

37412

"Ötən tədris ilinin statistikasına əsasən Azərbaycanda 89 ölkədən 6 600 xaricdən gələn tələbə təhsil alır". 

Bizim.Media xəbər verir ki, bunu Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlimdə çıxışı zamanı deyib. 

O, hazırda Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına görə ölkə sərhədlərinin 42 ölkəyə açıq olduğunu bildirib: 

"Hazırda əyani tədrisin bərpası qərarı verilib. Oktyabrda bu tədris ili üçün yeni qəbul olan xarici tələbələrin siyahısı yekunlaşacaq. Ölkə sərhədləri hansı ölkələrə açıq deyilsə, bununla bağlı hökumətə müraciət etmişik ki, təlimat versinlər. Çünki həmin ölkələrdən gələn tələbələrin bir çoxunun praktik məşğələ dövrüdür. Misal olaraq, Azərbaycanda təhsil alan xarici tələbələrin 1/3-i tibb təhsili alırlar. Ona görə də hökumətə müraciət etmişik". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO