
- A-
- A
- A+
İlham Əliyevdən minatəmizləmə ilə bağlı FƏRMAN
Prezident İlham Əliyev Azərbaycan Respublikasında minatəmizləmə fəaliyyətinin əlaqələndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.
Bizim.Media-nın xəbərinə görə, Nazirlər Kabinetinə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin təklifləri əsasında ölkəmizin işğaldan azad edilmiş ərazilərinin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin minalardan və partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlarından təmizlənməsi sahəsində prioritet təşkil edən ərazilər nəzərə alınmaqla minatəmizləmə üzrə illik planı hər il dekabrın 25-dək təsdiq etmək, məlumat bazasına daxil ediləcək məlumatların növünü, həcmini, daxiledilmə müddətini və qaydasını üç ay müddətində müəyyən etmək, eləcə də bu barədə Azərbaycan Prezidentinə məlumat vermək barədə tapşırıq verilib.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































