Azərbaycanda Türk Ağsaqqalları Birliyi yaradıldı - FOTO

Hazırda oxunan: Azərbaycanda Türk Ağsaqqalları Birliyi yaradıldı - FOTO

37136

Azərbaycanda yeni ictimai təşkilat - Türk Ağsaqqalları Birliyi (TAİB) yaradılıb.

Bizim.Media xəbər verir ki, yeni yaradılmış və artıq Ədliyyə Nazirliyində rəsmi dövlət qeydiyyatından keçmiş təşkilat Türk dünyası ilə bağlı layihələr həyata keçirəcək.

Birliyin təsisçisi və İdarə Heyətinin sədri, “Missiya” Media Qrupunun rəhbəri Ramin Əhmədov bildirib ki, çağdaş dövrümüzdə türk dünyasının birliyi tarixi zərurət kimi meydana çıxıb və türkdilli xalqlar arasında əməkdaşlığın genişlənməsinə, inteqrasiya prosesinin sürətlənməsinə indi daha çox ehtiyac var.
 

MÖVZU İLƏ BAĞLI:

Şamaxıda ikinci yaşlılar festivalı keçirildi - FOTO


Ramin Əhmədov yeni birliyin yaradılmasının məhz sentyabrın 15-də elan edilməsinin təsadüfi olmadığını deyib.

Qeyd edib ki, 103 il əvvəl sentyabrın 15-də Qafqaz İslam Ordusunun köməyi ilə Bakı erməni daşnak və bolşevik qüvvələrinin işğalından azad olunub. Ona görə də Türk Ağsaqqalları Birliyinin yaradılması məhz bu gün elan edildi.

Uzun illərdir türk dünyası ilə bağlı müxtəlif layihələr həyata keçirdiklərini və bu vaxta qədər layihələrin əsasən rəhbərlik etdiyi “Türk Dünyası Ağsaqqalları” qəzeti vasitəsilə reallaşdırıldığını deyən Ramin Əhmədov Vikipediya üzərindən gördükləri işlərdən danışıb. O deyib:
 

“Vikipediyada türk dünyasının tanınmış simaları, türkdilli xalqların zəngin tarixi və mədəni irsinin təbliği istiqamətində də işlər aparırıq. “Türk dünyası Vikipediyada” adlı layihəyə könüllülər də cəlb olunub. Bu vaxta qədər Vikipediyada türk dünyası ilə bağlı 300-ə yaxın məqalə yaradılıb.


Fəaliyyətimizi daha da genişləndirmək, türk dünyası ilə bağlı daha miqyaslı layihələr həyata keçirmək üçün yeni bir təşkilat yaratmaq qərarına gəldik.

Düşündük ki, bu vaxta qədər topladığımız təcrübədən, türkdilli ölkələrlə əlaqələr qurmaq imkanlarımızdan istifadə edib, fəaliyyətimizi daha geniş müstəviyə çıxarmalıyıq.

Bütün bu işlərin daha səmərəli təşkili üçün daha çox ağsaqqalların, geniş dünya görüşünə malik ziyalılarımızın, elm adamlarının, incəsənət xadimləri, şair və yazıçıların potensialından istifadə etməyi daha doğru hesab edirik. Çalışacağıq ki, yeni yaradılan Türk Ağsaqqalları Birliyi türk fikir adamlarının vahid əməkdaşlıq platforması kimi fəaliyyət göstərsin”.

Bizim.Media

​​​​​​​

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin