Səhiyyə Nazirliyindən əhaliyə MÜRACİƏT 

Hazırda oxunan: Səhiyyə Nazirliyindən əhaliyə MÜRACİƏT 

37078

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov pandemiya ilə əlaqədar əhaliyə müraciət edib. 

Bizim.Media xəbər verir ki, o, vətəndaşları diqqətli olmağa çağırıb. 

Nazirlik rəsmisi əlavə edib ki, ölkədə son zamanlarda koronavirusa yoluxma halları artsa da yenidən məhdudiyyətlər tətbiq edilməyib:

“Təcrübə göstərdi ki, biz doğru yoldayıq. Hazırda yoluxma dalğasının enişindəyik. Payız-qış mövsümü, məktəblərin açılması, Məhərrəmlik ayının bitməsi ilə toyların yenidən başlaması yaxın təmasların artması deməkdir.  

Eləcə də havalar soyuduğundan toy mərasimləri açıq havada deyil, qapalı məkanlarda keçiriləcək.
 

Yoluxma sayında artımın olmaması üçün mümkün risklər qiymtələndirilməli, kütləvi yerlərdən uzaq durulmalı, lazımi qaydalara əməl edilərək vaksinasiya prosesində iştirakı təmin etməliyik.  


Belə olan halda müsbət irəliləyişləri müşahidə ola bilərik. Digər məhdduyiyyətlərin də aradan qaldırılmasına zəmin yaratmış olarıq”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin