Taksi sürücülərinə qarşı dələduzluq edən qardaşlar saxlanıldı - VİDEO 

Hazırda oxunan: Taksi sürücülərinə qarşı dələduzluq edən qardaşlar saxlanıldı - VİDEO 

37075

Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində taksi sürücülərinə qarşı dələduzluq edən şəxslər saxlanılıblar. 

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Bizim.Media-ya məlumat verilib. 

Əməliyyat zamanı Astara rayon sakinləri - Şəhriyar Zülfüqarzadə və qardaşı İlkar saxlanılıb. 
 

Onların müştəri kimi əyləşdikləri taksi sürücülərinin etibarından sui-istifadə edərək, həmin şəxsləri Qaraçuxur qəsəbəsi ərazisinə sürdürdükləri və orada hədə-qorxu gəldikləri məlum olub. 


Onların bu yolla 20-dən artıq taksi sürücüsünün pulunu ələ keçirdikləri müəyyən edilib.

Saxlanılan zaman bu şəxslərin üzərindən narkotik vasitə olan heroin də aşkar olunaraq götürülüb. 

Təqdim edilən faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırmalar başlanılıb, qardaşlar istintaqa cəlb olunublar. 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin