Saxta COVID pasportu verənlərlə bağlı CİNAYƏT İŞİ BAŞLANDI

Saxta COVID pasportu verənlərlə bağlı CİNAYƏT İŞİ BAŞLANDI

Hazırda oxunan: Saxta COVID pasportu verənlərlə bağlı CİNAYƏT İŞİ BAŞLANDI

36386

“Qazax rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində qanunsuz olaraq “COVİD-19” pasportunun verilməsi aşkarlanıb.

Prokurorluqdan Bizim.Media-ya verilən məlumata görə, araşdırma ilə qeyd olunan xəstəxananın vəzifəli şəxsləri tərəfindən müxtəlif məbləğlərdə pul müqabilində ayrı-ayrı şəxlərə vaksin vurulmadığı halda saxta “COVİD-19” pasportunun verilməsinə əsaslı şübhələr müəyyən edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Saxta peyvənd pasportu olanlar aeroportda tutulacaq – Yeni sistem TƏTBİQ OLUNDU


​​​​​​​Fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə rayon prokurorluğunda cinayət işi başlanıb.

Hazırda yuxarıda göstərilən cinayət əməllərinin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində intensiv istintaq hərəkətləri davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO