DİN-dən azarkeşlərin meydana daxil olmasına MÜNASİBƏT

DİN-dən azarkeşlərin meydana daxil olmasına MÜNASİBƏT

Hazırda oxunan: DİN-dən azarkeşlərin meydana daxil olmasına MÜNASİBƏT

36100

Daxili İşlər Nazirliyi (DİN) Azərbaycan-Portuqaliya oyundadan sonra azarkeşlərin meydana daxil olaraq futbolçularla foto çəkdirməsinə münasibət bildirib.

Bizim.Media xəbər verir ki, DİN-in Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev “Report”a açıqlamasında Bakı Olimpiya Stadionunda keçirilən görüş başa çatdıqdan sonra futbolçularla foto çəkdirən 4 nəfər azarkeşin meydandan kənarlaşdırıldığını bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Portuqaliya ilə oyundan qabaq Azərbaycanın qapıçısının dedikləri – AFFA-nın sualına CAVAB


“Həmin şəxslər azyaşlı olduğuna görə, onlarla profilaktik söhbətlər aparılaraq, sərbəst buraxılıb. Gələcəkdə bu cür hallar baş verdiyi təqdirdə həmin şəxslər barəsində qanuna müvafiq tədbirlər görüləcək”, - E.Hacıyev bildirilib.

Qeyd edək ki, sentyabrın 7-də 2022-ci il dünya çempionatının seçmə mərhələsində Azərbaycan millisi Portuqaliya yığmasına 0:3 hesabı ilə məğlum olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO