İsa Qəmbər Müsavat başqanlığından gedir -   AÇIQLAMA

İsa Qəmbər Müsavat başqanlığından gedir - AÇIQLAMA

Hazırda oxunan: İsa Qəmbər Müsavat başqanlığından gedir - AÇIQLAMA

35743
“İsa Qəmbər Müsavat Partiyasının başqanlığından getmək istəyir. Lakin partiya funksionerləri Müsavat başqanının vəzifəsində qalmasını tələb edirlər”.
 Moderator.az-ın  APA-ya istinadən verdiyi xəbərə görə, bunu Müsavat Partiyası Divanının üzvü Tural Abbaslı deyib.
 T.Abbaslı bildirib ki, Müsavat başqanı İ.Qəmbər partiya Divanının iclaslarında qurultayla bağlı məsələnin gündəliyə salınmasını təkid edib. Buna görə də Divan partiyanın qurultayını gündəliyə salıb və son iclaslarda bu barədə də müzakirələr aparılır.
 T.Abbaslının sözlərinə görə, İ.Qəmbər siyasətdən getmək fikrində deyil, sadəcə Nizamnamənin tələbinə uyğun olaraq, başqanlıqdan imtina etmək istəyir: “Müsavat Divanının son iclası daxil olmaqla, digər iclaslarında da qurultay məsələsi müzakirə olunub. Qurultay məsələsinin Divanın gündəliyinə salınmasını belə İsa Qəmbər təklif edib. Baxmayaraq ki, divan üzvləri, partiya nümayəndələri bu məsələyə isti yanaşmırlar”.
 T.Abbaslı deyib ki, İ.Qəmbər Nizamnamədə nəzərdə tutulmuş müddətdən artıq başqanlıqda qalmaq istəmir: “ Amma mən İsa Qəmbərin başqan kimi qalmasının tərəfdarıyam, lakin onun özünün mövqeyi bizim üçün əsasdır və bu mövzuda ciddi amildir. İsa Qəmbər mövqeyi siyasətdən getmək deyil. Qurultay olsa, İsa Qəmbər siyasətdən deyil, başqanlıqdan gedəcək”.  
 Qurultayın vaxtında keçirilməsinin yer məsələsi ilə bağlı olduğunu deyən T. Abbaslı bildirib ki, bunun üçün bütün texniki işlər görülüb. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO