ABŞ-ın ölkəmizdəki səfiri Riçard Morninqstar mətbuata verdiyi son açıqlamasında ölkəsinin Azərbaycan prezidenti və hökuməti ilə əməkdaşlığa başlamasını səbirsizliklə gözlədiyini deyib. Maraqlıdır ki, səfirin bu açıqlaması ABŞ Dövlət Departamentinin 9 oktyab seçkiləriylə bağlı verdiy mənfi rəylə daban-dabana ziddiyyət təşkil edir. Haqlı sual yaranır, dünyanın əsəs güc mərkəzlərindən biri olan Amerika bu cür ikibaşlı siyasətiylə bundan sonra ölkəmizə qarşı hansı mövqedə dayanacaq?
Moderator.az-a açıqlama verən politoloq Hikmət Hacızadənin sözlərinə görə, ABŞ hökuməti Azərbaycanla münasibətlərinə qaldığı yerdən davam edəcək:
"Seçkini hər zaman pisləyirlər, amma əməkdaşlıq etməyə məcburdular. ABŞ üçün demokratiya hər zaman 2-ci, 3-cü planda olub. ABŞ və Qərbin 2 əsas prioritet marağı var-təhlükəsizlik və iqtisadi amillər. Necə deyərlər, birinci evin içidir, sonar isə çölü." Politoloq bu siyasəti obrazlı şəkildə belə ifadə edib: "Əvvəl öz təhlükəsisliyini fikirləşirsən, daha sonra baxırsan ki, qonşu arvad-uşağını döyür, ya yox”.
Xəyal Əzizov
































































































