İngilis xüsusi təyinatlıları Azərbaycanda

İngilis xüsusi təyinatlıları Azərbaycanda

Hazırda oxunan: İngilis xüsusi təyinatlıları Azərbaycanda

35514
“Böyük Britaniyanın Xüsusi Hava Xidməti (SAS) ölkənin Xarici İşlər Nazirliyinin sifarişi əsasında Azərbaycan xüsusi təyinatlılarına bu postsovet respublikasına təsir imkanlarını artırmaq üçün təlim keçiblər”. Bu barədə musavat.com nüfuzlu “The Sunday Times” nəşrinə istinadən xəbər verir.

“The Sunday Times”ın əldə elədiyi sənədə görə, britaniyalı xüsusi təyinatlılar 6 həftəlik təlim zamanı azərbaycanlı həmkarlarına binaların hücumla ələ keçirilməsi ilə bağlı treninqlər keçib, həmçinin onları snayper vərdişlərinə öyrədiblər.

 “Kod adı “Lanark əməliyyatı” olan və 2006-ci ildən start götürən proqramın məqsədlərindən biri İngiltərə XİN-inin Azərbaycanda mövcudluğunu gücləndirməkdir. Qərb siyasətçiləri Azərbaycanın zəngin neft-qaz resurslarına görə bu ölkənin prezidenti İlham Əliyevlə yaxşı münasibətlərdə olmağa çalışırlar. Hüquq müdafiəçiləri isə Əliyevi hökumətini minlərlə fəalı qondarma ittihamlarla həbsə almaq hesabına müxalifəti sıxışdırmaqda günahlandırır”, - deyə nəşr bildirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO