Bəzi metro stansiyaları təmirə bağlanacaq

Bəzi metro stansiyaları təmirə bağlanacaq

Hazırda oxunan: Bəzi metro stansiyaları təmirə bağlanacaq

34361
Moderator.az xəbər verir ki, Azərbaycanda istismarda olan bir sıra metro stansiyalarının yenidən qurulması nəzərdə tutulub. 

Bunu “APA-Economics”ə metropolitenin İnşaat işləri üzrə rəis müavini Rizvan Bayramov bildirib. 

 R.Bayramov deyib ki, əsaslı yenidənqurma işləri əsasən 1967-ci ildən istifadədə olan stansiyalara şamil ediləcək: “Bu il hələ ki, “28 May” metro stansiyasının yenidənqurma işlərinin başa çatdırılması planlaşdırılıb. Növbəti illərdə isə 1967-ci ildən istismarda olan “Sahil” metro stansiyası yenidənqurmaya dayandırıla bilər. Çünki bu stansiyanın həqiqətən də təmirə ehtiyacı var. Lakin bununla bağlı qərar konkretləşdirildikdən sonra açıqlanacaq”.

 “Nizami” metro stansiyasının da təmir olunmasına böyük ehtiyac olduğunu vurğulayan R.Bayramov qeyd edib ki, buna böyük cəsarət tələb olunur: “Çünki “Nizami” stansiyası Bakı Metropoliteninin incisidir. O cür əsərləri sökəndən sonra onları olduğunu kimi bizə təhvil verə biləcəklərmi? Bununla bağlı çoxsaylı təkliflər gəlib. Bizim “Nizami” metro stansiyasının təmiri ilə bağlı tələblərimiz böyükdür. Tələblərimiz yerinə yetirilərsə, ondan sonra bu haqda düşünmək olar”. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO