Səfir
bildirib ki, viza rejiminin ləğvi ilkin olaraq diplomatik və servis pasportları
olan insanlara şamil olunacaq: “Bu, iki ölkə arasında imzalanan müqavilənin
ilkin hissəsi olacaq. İnanırıq ki, gələcəkdə Azərbaycan vətəndaşlarının İsrailə
vizasız getmələrinə şərait yaradılacaq. Əgər statistikaya baxsaq görərik ki,
ildən-ilə Azərbaycandan İsrailə gedən, İsraildən Azərbaycana gələn turistlərin
sayı artır. Bütün bunları düşünərək vətəndaşlar üçün də vizasız gediş-gəlişin
yaradılması lazımdır”.
Rafael
Harpaz onu da deyib ki, İsrail Azərbaycanla mədəniyyət, səhiyyə və digər
sahələrdə də yaxından əməkdaşlıq edir: “Elə bu yaxınlarda 3 azərbaycanlı muğam
ifaçısının İsraildə konserti olub. Oktyabrın sonlarında isə İsrailin məşhur caz
ifaçısı Azərbaycanda konsert verəcək”.

- A-
- A
- A+
Cəmiyyət
13:42 / 24.09.2013
Azərbaycanla İsrail arasında bəzi şəxslər üçün viza rejimi ləğv olunur
Hazırda oxunan: Azərbaycanla İsrail arasında bəzi şəxslər üçün viza rejimi ləğv olunur
Hazırda oxunan: Azərbaycanla İsrail arasında bəzi şəxslər üçün viza rejimi ləğv olunur
34271
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































