Kəlbəcər və Qubadlının hərbi prokurorlarının adları AÇIQLANDI

Kəlbəcər və Qubadlının hərbi prokurorlarının adları AÇIQLANDI

Hazırda oxunan: Kəlbəcər və Qubadlının hərbi prokurorlarının adları AÇIQLANDI

34194

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “İşğaldan azad olunmuş ərazilərdə yeni hərbi prokurorluqların yaradılması haqqında” 1 aprel 2021-ci il tarixli Sərəncamına əsasən Qubadlı və Kəlbəcər Hərbi Prokurorluqları yaradıldıqdan sonra Baş prokuror Kamran Əliyevin müvafiq əmrləri ilə qeyd olunan hərbi prokurorluqların struktur və ştat tərkibi müəyyən edilib.

Bu haqda Baş Prokurorluğun Mətbuat xidmətindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib. 

Bundan başqa, müvafiq əmrlərlə Bayramov Mahir Ələmdar oğluna Kəlbəcər hərbi prokuroru, Mürsəlov Elşən Xıdır oğluna Qubadlı hərbi prokuroru vəzifələrinin icrası həvalə edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO