
- A-
- A
- A+
Koronavirusa yoluxan müəllim və şagirdlərin sayı açıqlandı – RƏSMİ
Ümumilikdə 25 370 şagird, 15 128 müəllim heyyəti koronavirusa yoluxub.
Bunu Təhsil Nazirliyinin rəsmi saytında təhsil işçilərinin vaksinasiyasına həsr olunan onlayn vebinarda Təhsil nazirinin müşaviri Rüstəm Ağayev bildirib.
Onun sözlərinə görə, orta ümümtəhsil məktəbləri üzrə təhsil işçilərindən 137 min nəfər hər iki doza üzrə, 162 min nəfər isə birinci doza üzrə vaksinasiya olunub.
Vaksinasiya sayına görə iderliyi Qazax rayonu tutub. Yardımlı, Astara, Gəncə, Zərdab rayonlarında da peyvənd olunan müəllimlərin sayı çox olub.
Ali məktəblərdə çalışan təhisl işçiləri üzrə 16 min ikinci, 21 min nəfər birininci doz üzrə vaksinasiya olunub. Peşə məktəblərinin 3451 nəfər birinci doza üzrə vaksinasiya olunub.
Xatirə, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































