Azərbaycanda çay evinin sahibi polis şöbəsinə aparıldı - SƏBƏB

Azərbaycanda çay evinin sahibi polis şöbəsinə aparıldı - SƏBƏB

Hazırda oxunan: Azərbaycanda çay evinin sahibi polis şöbəsinə aparıldı - SƏBƏB

0:00
0:00
33869

Tovuzda karantin qaydalarına zidd fəaliyyət göstərən çay evi aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Tovuz rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri növbəti tədbirlər zamanı rayonun Qovlar şəhəri ərazisində fəaliyyət göstərən “Venum” çay evində xüsusi karantin rejiminə və sanitar-gigiyena qaydalarına zidd olaraq müştərilərə qəlyan xidməti göstərilməsi, həmçinin, sosial məsafənin və mövcud preventiv tədbirlərin şərtlərinin pozulması halları aşkarlanıb.

Karantin qaydalarının pozulduğu həmin obyektin sahibi Nicat Məmmədli Polis Şöbəsinə dəvət olunub, profilaktik söhbətlər aparılıb, karantin rejiminin qaydaları və tələbləri bir daha izah edilib, barəsində inzibati protokol tərtib edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO