
- A-
- A
- A+
Cəmiyyət
14:21 / 19.08.2021
Mingəçevirdə gənc qız özünü Kürə atdı
Hazırda oxunan: Mingəçevirdə gənc qız özünü Kürə atdı
33353
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Mingəçevir sakini özünü Kür çayına atıb.
Bizim.Media xəbər verir ki, hadisə Sahil parkı ərazisində baş verib. Şəhər sakini Gülnar Rüstəmova özünü nəqliyyat körpüsündən Kür çayına atıb. Qayıqçı Xəyal Ağayevin müdaxiləsi nəticəsində G. Rüstəmova xilas olunaraq sahilə çıxarılıb.
MÖVZU İLƏ BAĞLI:
Salyanda dəhşətli olay - 4 uşaq anası özünü Kürə atdı - YENİLƏNİB
Qeyd edək ki, qız özünü çaya atan zaman dəmir məhəccərlərə çırpılaraq xəsarət alıb. Sudan çıxarılan qız həkim briqadasına təhvil verilib.
İntihar cəhdinin səbəbi məlum deyil. Faktla bağlı araşdırma başlanıb.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































