Xaçmazda kişi qəbristanlıqda özünü asdı - ÖZƏL

Xaçmazda kişi qəbristanlıqda özünü asdı - ÖZƏL

Hazırda oxunan: Xaçmazda kişi qəbristanlıqda özünü asdı - ÖZƏL
32316
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xaçmaz rayonunda kişi qəbristanlıqda intihar edib.

Bizim.Media xəbər verir ki, hadisə Xaçmazın Ağtala kəndində qeydə alınıb.

Kənd sakini, 43 yaşlı Oqtay Abdulla oğlu Qeybullayev kənd qəbristanlığına gələrək köynəyindən ilgəc düzəldərək özünü ağacdan asıb.

Onun ailəli olduğu, kəndlərin birində ailəsilə birlikdə sahibkarın  fərdi təsərrüfatlarından birinə baxdığı deyilir. Onun intihardan əvvəl anasına zəng vurub halallıq aldığı da bildirilir.

Xaçmaz rayon prokurorluğunda faktın araşdırılmasına başlanılıb.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO