Şəmkirli radiotexnikin inanılmaz ixtiraları

Şəmkirli radiotexnikin inanılmaz ixtiraları

Hazırda oxunan: Şəmkirli radiotexnikin inanılmaz ixtiraları

32171

İxtisasca radiotexnik olan İlham Muradov yeni kəşflərilə, demək olar ki, ölkə tarixində yeniliyə imza atıb. Hansı yeniliklərə?

Moderator.az Türkel TV-yə istinadən xəbər verir ki, Şəmkir rayon Qaracəmirli kəndi sakini İlham Muradov ixtisasca radiotexnikdir. Lakin onun orta məktəb vaxtı fizika dərsinə olan marağı ingilis alimi Maykl Faradeyin ixtiraları onu yeni kəşflər barədə düşünməyə məcbur edir.
Beləliklə 2010-cu ilin payızında gənc ixtiraçı ölkəmizin müharibə şəraitində olduğunu nəzərə alıb bir neçə silah, kəşfiyyat xarakterli müşahidə aparatları və bir sıra düşmən hücumuna qarşı, zenit əleyhinə müdafiə qurğularının layihəsini hazırlayır. İxtiraçının
kəşfləri bununla bitmir. Onu yeni bir layihə üzərində işləməyə sövq edən ölkəmizin Kosmik Peyki "Azərspace"in orbitə çıxarılması olub. Onun sözlərinə görə, həmin peyk zamanla səmada dayanacaq. Lakin bunu daha uzun ömürlü etmək olar. Bunun üçün isə eyni qütblərin hərəkətindən alınan enerjini birləşdirmək lazımdır. İlham Muradov bundan başqa bir neçə funksiyanı yerinə yetirən cihaz da hazırlayaraq sınaq üçün Müdafiə Sənayesi Nazirliyinə təqdim edib. İndi onun ən böyük arzusu onun təklif etdiyi layihələrinin Azərbaycan Ordusuna tətbiq olunmasıdır. Onun fikrincə, bu layihələr həm maddi, həm də istehsal baxımından xarici ölkə silahlarından və döyüş aparatlarından ucuz və keyfiyyətli başa gələr.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO