59 yaşlı kişini cərəyan vurdu

59 yaşlı kişini cərəyan vurdu

Hazırda oxunan: 59 yaşlı kişini cərəyan vurdu

32133

Avqustun 10-u saat 11 radələrində Abşeron rayonu, MD-23 qəsəbəsi ərazisində Bayrampur Ehtimat Bayraməli oğlunun elektrik cərəyanı vurub.

Nəticədə  59 yaşlı kişi yerindəcə ölüb. Bu Barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Bizim.Media xəbər verir ki, araşdırmalarla müəyyən edilib ki, “Azərişıq” ASC-nin Biləcəri Elektrik Təchizatı və Satışı Sahəsi Enerji İstismar Şöbəsində elektrik-montyor işləyən Ehtimat Bayrampuru qeyd edilən ərazidə yerləşən “AZENCO” ASC-nin ərazisində yüksək cərəyanlı yeraltı kabeldə yaranan nasazlıqla bağlı təmir işləri apararkən elektrik cərəyanı vurub.
 

MÖVZU İLƏ BAĞLI:

Qubada 46 yaşlı kişini cərəyan vuraraq öldürdü


Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. 

Hazırda iş üzrə istintaq davam edir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO