Bakı Apellyasiya Məhkəməsinin bu gün keçirilən iclasda şikayətin təmin edilməməsi barədə qərar çıxarılıb. Bu barədə məlumatı vəkil Rafiq Mustafayev verib.
Moderator.az AzNews.az-a istinadən xəbər verir ki, Gülər Əhmədova özü də məhkəməyə gətirilib. O, məhkəmədəki çıxışında istintaqın gedişindən narazılığını dilə gətirib.
Həmçinin Elşad Abdulayevin indiyə qədər Azərbaycana gətirilməməsindən narahatlığını ifadə edib və həbs qətimkan tədbirinin dəyişdirilməməsini ədalətsiz adlandırıb.































































































