Gəncə şəhərində 41 yaşlı kişi anasını taxta parçası ilə döyərək öldürüb.
Bizim.Media xəbər verir ki, şəhər sakini, 1980-ci il təvəllüdlü Ramin Rüstəmov iyulun 24-də sərxoş vəziyyətdə olarkən anası, 1957-ci il təvəllüdlü Svetlana Rüstəmovaya taxta parçası ilə çoxlu zərbə vuraraq döyüb.
S.Rüstəmova aldığı xəsarətlərlə qızının evinə aparılıb. Avqustun 7-də orada vəfat edib.
MÖVZU İLƏ BAĞLI:
64 yaşlı qadın İNTİHAR etdi
Baş Prokurorluqdan bildirilib ki, faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Ramin Rüstəmov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə istintaq davam edir.
Bizim.Media