Azərbaycanın yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu Türkiyəyə getdi

Hazırda oxunan: Azərbaycanın yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu Türkiyəyə getdi

31273

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu Türkiyəyə yola düşüb.

Bizim.Media xəbər verir ki, yanğın-xilasetmə qrupuna 40 yanğınsöndürmə texnikası və 150 nəfər yanğınsöndürən daxildir.

Qeyd edək ki, bu gün həmçinin Prezident İlham Əliyevin tapşırığına əsasən, FHN-ə məxsus "BE-200ÇS" tipli amfibiya təyyarəsi də Türkiyəyə uçub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafızə Xidmətinin rəisi general-mayor Füzuli Əsədov yola salıb, müvafiq tapşırıqlar verib.

Xatırladaq ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə FHN-nin müvafiq yanğınsöndürmə və xilasetmə qüvvələrinin 100 nəfər əməkdaşından ibarət ilk qrup iyulun 30-da Türkiyəyə yola düşüb.

İyulun 31-də isə Türkiyəyə daha bir qrup yola salınıb.

Bu yanğın-xilasetmə qrupuna 1 ədəd helikopter, 54 ədəd texnika - yanğınsöndürmə və xilasetmə avtomobili, həmçinin 247 nəfər şəxsi heyət daxildir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin