Hacıqabulda ev yandı

Hacıqabulda ev yandı

Hazırda oxunan: Hacıqabulda ev yandı

31100

 

Hacıqabul rayonunda güclü yanğın hadisəsi baş verib. Moderator.az Cənub TV-yə istinadən xəbər verir ki, yanğın nəticəsində rayon sakini, 1938-ci il təvəllüdlü Gilas Qasımovaya məxsus 1-mərtəbəli 5-otaqlı yaşayış evi yanaraq külə dönüb.

Mətbəxdə iş görən evin gəlini Ulduz Qasımova qonşularının səsinə çölə çıxıb və bir anda yaşadıqları evin tavanının alovlandığını görüb. Yanğın barədə dərhal FHN-in Hacıqabul RYMİ-nə məlumat verilib. Nədənsə hadisə yerinə gələn FHN-in əməkdaşları yanğınsöndürən maşının su nasoslarını işə sala bilməyiblər. Bundan sonra yanğın yayılaraq, evin bütün hissəsini əhatəsinə alıb. Yalnız sonradan gələn yanğınsöndürmə briqadaları yanğına müdaxilə etməyi bacarıblar.

Yanğınsöndürənlər yanğının digər mənzillərə keçməsinin qarşısını alsalar da, Qasımovlar ailəsi isti yay günündə mənzilsiz qalıblar. Onlara məxsus mənzilin sənədləri və ev sahibinin dediyinə görə, mənzildə olan küllü miqdarda pul yanaraq külə dönüb. Hələlik isə, FHN-in əməkdaşları tərəfindən yanğının baş vermə səbəbləri araşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO