BDU-da rektor müşavirini və komendantı bıçaqlayan şəxs həbs edildi

Hazırda oxunan: BDU-da rektor müşavirini və komendantı bıçaqlayan şəxs həbs edildi

30834

Bakı Dövlət Universitetində rektor müşavirini və komendantı bıçaqlayan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Bizim.Media xəbər verir ki, Yasamal Rayon Məhkəməsində hakim Murad Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən İsmixan Mirzəyev barəsində 4 ay həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, bir neçə gün əvvəl Bakı Dövlət Universitetinin əsas korpusunda BDU rektorunun maliyyə məsələləri üzrə müşaviri Mirzə Mirzəyev və komendant Şahlar Bəgalıyevə bıçaqla xəsarət yetirilib.

Xəsarət alan hər 2 şəxs təcili olaraq xəstəxanaya yerləşdirilib. Hadisəni törətməkdə təqsirli bilinən Universitetin təsərrüfat şöbəsinin işçisi İsmixan Mirzəyev təqsirkar qismində hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

İ. Mirzəyev barəsində Cinayət Məcəlləsinin 126-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO