Bakıda 300 minlik “Maybach” piyadanı keçidin üstündə vurub öldürdü - FOTO

Bakıda 300 minlik “Maybach” piyadanı keçidin üstündə vurub öldürdü - FOTO

Hazırda oxunan: Bakıda 300 minlik “Maybach” piyadanı keçidin üstündə vurub öldürdü - FOTO

30271

Bayıl qəsəbəsində ağır yol nəqliyyat hadisəsi baş verib.

Bu gün paytaxtın Neftçilər prospektində, Bayraq meydanının yaxınlığında hərəkət edən 99-AA-323 qeydiyyat nişanlı "Mercedes Maybach" markalı avtomobilin sürücüsü yolu müəyyən olunmamış yerdən keşən kişini vurub. 

Bizim.Media xəbər verir ki, hadisə şahidlərinin sözlərinə görə, başından zərbə alan piyadanın beyni yerə dağılıb. Qəza yeraltı piyada keçidinin düz qarşısında baş verib.

Sürücü Muradov Gülməmməd Məmməd oğlu bildirir ki, qəzadan yayınmağa çalışsa da yolu keçən piyada özünü maşının altına atıb.

Qeyd edək ki, həmin yerdə dəfələrlə ölümlə nəticələnən qəzalar baş verib. Bir neçə gün bundan əvvəl sözügedən prospektdə hərəkət sürəti aşağı endirilib. Lakin görünən mənzərədən məlum olur ki, sürücülər hərəkət sürətinə əməl etmir.

Avtosfer.az-ın əldə etdiyi məlumata görə 99-AA-323 qeydiyyat nişanlı "Mercedes Maybach" markalı avtomobil "Hermes Finans" şirkətinə məxsusdur (avtosfer.az).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO