İyulun 12-də paytaxtın Binəqədi rayonunun sakini, 1990-cı il təvəllüdlü Elnar Qədimovun qəsdən öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanıb.
Binəqədi rayon Prokurorluğundan Bizim.Media-ya verilən məlumata görə, istintaqla zərərçəkmişin tanışı, 2005-ci il təvəllüdlü Bəhruz Mehrəliyevin aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Elnar Qədimovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Bəhruz Mehrəliyev şübhəli şəxs qismində istintaqa cəlb edilib.
Hazırda iş üzrə istintaq davam edir.
Bizim.Media
![Bakı sakinini öldürən 16 yaşlı oğlan tutuldu Bakı sakinini öldürən 16 yaşlı oğlan tutuldu](https://bizim.media/file/articles/2021/07/13/1626156559_0de-2-kcur-kcur.jpg)
- A-
- A
- A+
Cəmiyyət
10:06 / 13.07.2021
Bakı sakinini öldürən 16 yaşlı oğlan tutuldu
Hazırda oxunan: Bakı sakinini öldürən 16 yaşlı oğlan tutuldu
Hazırda oxunan: Bakı sakinini öldürən 16 yaşlı oğlan tutuldu
28407
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.