Bakı sakinini öldürən 16 yaşlı oğlan tutuldu

Hazırda oxunan: Bakı sakinini öldürən 16 yaşlı oğlan tutuldu

28407

İyulun 12-də paytaxtın Binəqədi rayonunun sakini, 1990-cı il təvəllüdlü Elnar Qədimovun qəsdən öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanıb.

Binəqədi rayon Prokurorluğundan Bizim.Media-ya verilən məlumata görə, istintaqla zərərçəkmişin tanışı, 2005-ci il təvəllüdlü Bəhruz Mehrəliyevin aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Elnar Qədimovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Bəhruz Mehrəliyev şübhəli şəxs qismində istintaqa cəlb edilib.

Hazırda iş üzrə istintaq davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO