Bakıda bu operatorda yaranan nasazlıq qismən aradan qaldırıldı

Bakıda bu operatorda yaranan nasazlıq qismən aradan qaldırıldı

Hazırda oxunan: Bakıda bu operatorda yaranan nasazlıq qismən aradan qaldırıldı
28175
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Bakı Telefon Rabitəsi" MMC-nin tabeliyində fəaliyyət göstərən "Azeurotel" telekommunikasiya operatorunun 437/492/497/504/505 saylı Avtomat Telefon Stansiyalarındakı avadanlıqların işində fasiləyə səbəb olan nasazlığın aradan qaldırılması istiqamətində işlər intensiv şəkildə davam etdirilir. 

"Baktelecom"dan Bizim.Media-ya verilən məlumata görə, artıq 55% abunəçiyə rabitə xidmətlərinin ötürülməsində yaranan çətinlik aradan qaldırılıb. Telekommunikasiya xidmətlərinin ən qısa zamanda tam bərpası üçün işlər davam etdirilir.

Qeyd edək ki, 9 iyul tarixində yaranan nasazlıq, 2000 abunəçiyə rabitə xidmətlərinin ötürülməsinə çətinlik yaradıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO