ÜST Azərbaycan vətəndaşlarına müraciət etdi

ÜST Azərbaycan vətəndaşlarına müraciət etdi

Hazırda oxunan: ÜST Azərbaycan vətəndaşlarına müraciət etdi

2811

“Xəstəxanalarda çarpayıları ehtiyacı olanlara saxlamaq üçün COVID-19 xəstəliyini daha ciddi qəbul etməliyik”.

Bizim.Media xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin vətəndaşlara müraciətində belə deyilir:

“Bütün ölkələrdə olduğu kimi Azərbaycanda da yoluxma hallarında artım müşahidə edilir. Bu halın yaranmasının əsas səbəblərindən biri payız mövsümünün gəlməsi, insanların daha çox qapalı məkanlarda vaxt keçirməsidir".

"Bununla yanaşı, insanların maskadan istifadə etməməsi və kütləvi şəkildə toplaşması da artıma səbəb olur”.

Qış fəslinin bizim üçün daha çətin olacağını qeyd edən ÜST bildirir ki, virusun yayılmasının qarşısının alınması insanların tövsiyələrə nə dərəcədə riayət etməsindən asılıdır.

Sadə gigiyenik qaydalara əməl etməklə, fiziki məsafə saxlamaqla və kütləvi məkanlara getməkdən çəkinməklə özümüzü və yaxınlarımızı qoruya bilərik.

Müraciətdə o da vurğulanır ki, ölkədə yoluxma hallarının daha sürətlə artdığı bəzi şəhər və kəndlərə gediş-gəlişin qismən məhdudlaşdırılması kimi yeni yanaşmalardan istifadə olunur.

Bu regionlardakı kimi tam qapanmaya getməmək üçün hər kəsin qaydalara riayət etməsi tövsiyə olunur.

Təranə Mirzəyeva, Bizim.Media
 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO